“Sehrli Bakı” layihəsi çərçivəsində Fəvvarələr meydanında növbəti konsert
“Sehrli Bakı” layihəsi çərçivəsində Fəvvarələr meydanında növbəti konsert
26 Avqust 2019 14:41 MədəniyyətBakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən "Sehrli Bakı" layihəsi çərçivəsində Fəvvarələr meydanında növbəti konsertlər keçirilib.
Olaylar.az bildirir ki, konsertlər zamanı rəqqasə Səbinə İsmayılova "Ərəb", "Qaraçı" rəqsləri ilə tamaşaçıların zövqünü oxşayıb.
Gənc müğənnilər Ayaz Babayev, Aygül Bayramova ,Tural Məmmədov, Nərgiz Abduls, Gülnar Dadaşova, Narana Paşayeva , Xəyal Hüseyn və "Stop" qrupunun Ifa etdiyi mahnılar alqışlarla qarşılanıb.
Tamaşaçıların həftəsonu istirahətini mənalı təşkil etmək, onların musiqi zövqünü peşəkar musiqi ilə zənginləşdirmək məqsədi daşıyan "Sehrli Bakı" layihəsi çərçivəsində konsertlər sentyabrın 30-dək hər həftəsonu davam edəcək.