Muğam dünyasına səyahət” layihəsi Buzovnada təqdim ediləcək

Avqustun 25-də "Muğam dünyasına səyahət" layihəsi çərçivəsində növbəti konsert proqramı  Buzovna qəsəbəsi Ruhulla Axundov adına Mədəniyyət Evində baş tutacaq.
Olaylar.az bildirir ki, tədbir Beynəlxalq Muğam Mərkəzinin  və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi  birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Qeyd edək ki, iyul ayından başlanan layihə ilin sonunadək davam edəcək. Muğamsevərlər tanınmış xanəndələrin ifasında UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib, dərin fəlsəfi aləmi ilə insanları düşündürən muğamları, xalq mahnı və təsnifləri, dəraməndləri, rəngləri dinləyəcəklər. 26 avqust - Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü ərəfəsində təşkil ediləcək konsertə Xəzər rayonunun bütün sakinləri dəvətlidir. Layihənin növbəti konsert proqramı 18 sentyabr  Milli Musiqi günündə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayonu Q.Abbasov adına Mədəniyyət Sarayında keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31