Yaqub Zurufçu Bakıda solo-konsert proqramı ilə çıxış edəcək
Yaqub Zurufçu Bakıda solo-konsert proqramı ilə çıxış edəcək
22 Avqust 2019 11:02 MədəniyyətOktyabrın 12-də Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edəcək.
Olaylar.az bildirir ki, konsertdə müğənni xalq və bəstəkar mahnıları ifa edəcək. Qeyd edək ki, onun repertuarı həmişə Azərbaycan bəstəkarlarının əsərləri ilə zəngindir və ifaları hamının qəlbini oxşayır.
Biletləri şəhərin kassalarından, "ASAN xidmət" mərkəzlərindən və iticket.az-dan onlayn şəkildə əldə etmək olar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31