Azərbaycanlı aktyor Hindistanda filmə çəkilir
Tanınmış kinoaktyor Cavanşir Hadıyev Hindistanda filmə çəkiləcək.
21 Avqust 2019 13:04 MədəniyyətTanınmış kinoaktyor Cavanşir Hadıyev Hindistanda filmə çəkiləcək.
Olaylar.az bildirir ki, bu barədə aktyorun özü məlumat yayıb.
Hind filmlərində çəkilməyin uşaqlıq xəyalı olduğunu qeyd edən Cavanşir Hadıyev bildirib ki, Bollivud kinematoqrafçıları ilə müqavilə imzalayıb: "Uşaqlıqda Hindistan filmlərini çox sevirdim. Hər zaman orada olmağı arzulamışam. Amma indiki yaşımda Bollivud istehsalı olan filmdə baş rolu canlandırmaq, özü də belə bir yüksək qonorarla, heç ağlıma gələ bilməzdi. Kəşmir müsəlmanlarının milli qəhrəmanı, sevimli liderləri və Hindistan hökumətinin qatı düşməni Abu-Həmzəni Urdu dilində canlandırmaq böyük bir məsuliyyətdir mənim üçün. Gözünüz aydın, Bollivud kinematoqrafçıları ilə müqavilə imzalandı. Sevinənlər sevinsin, sevinməyənlər...onlarda sevinsin) ".
Xatırladaq ki, 1969-cu ildə anadan olan Cavanşir Hadıyev bir çox filmlər və seriallarda maraqlı rollar ifa edib.
Aktyorun ən yaddaqalan rolu rejissor Elxan Cəfərovun ekranlaşdırdığı "Dolu" bədii filmində ifa etdiyi döyüşçü obrazıdır.