İtaliyalı pianoçu Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalında çıxış edəcək
İtaliyalı pianoçu Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalında çıxış edəcək
20 Avqust 2019 17:11 MədəniyyətSentyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində "Fortepiano musiqisi axşamı" adlı tədbir keçiriləcək.
Olaylar.az bildirir ki, gecədə italiyalı pianoçu, beynəlxalq müsabiqələr laureatı Aleksandr Hacıyev konsert proqramı ilə çıxış edəcək.
Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunacaq konsertdə dünya şöhrətli bəstəkarlar L.V.Bethovenin № 21 "Avrora" sonatası, F.Listin "Apres une lecture du Dante" fantaziya-sonatası, S.Prokofyevin 6 saylı Sonatası səslənəcək.
Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.
Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.