“Cəhənnəm sakinləri” yenidən səhnədə

“Cəhənnəm sakinləri” yenidən səhnədə

Sentyabrın 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi "Cəhənnəm sakinləri" tamaşası ilə teatrsevərlərin qarşısında çıxış edəcək.

Olaylar.az bildirir ki, Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.

Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, Əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev, Xədicə Novruzlu iştirak edəcək.

Qeyd edək ki, "Cəhənnəm sakinləri" tamaşası Akademik Milli Dram Teatrının repertuarında yer alan ən uğurlu tamaşalardan sayılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31