Məşhur Çin orkestri Filarmoniyada çıxış edəcək

Məşhur Çin orkestri Filarmoniyada çıxış edəcək

Sentyabrın 24-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dirijor, Əməkdar artist Əyyub Quliyevin bədii rəhbərliyi ilə Çin Xalq Respublikasının "Silk Road" Filarmonik Orkestri konsert proqramı ilə çıxış edəcək.

Olaylar.az bildirir ki, Üzeyir Hacıbəyli adına XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertin solistləri Rusiyanın Xalq artisti, violonçel ifaçısı Sergey Rolduqin, pianoçu Miroslav Kultışev və beynəlxalq müsabiqələr laureatı, truba ifaçısı İsrafil Rəsulov olacaq. Konsertdə D.Şostakoviç, Y.Haydn, R.Ştraus və başqa bəstəkarların əsərləri səsləndiriləcək.

Maestro Niyazinin xatirəsi yad olunacaq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31