“Sehrli Bakı” layihəsi çərçivəsində növbəti konsert
“Sehrli Bakı” layihəsi çərçivəsində növbəti konsert
20 Avqust 2019 11:34 MədəniyyətBakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən "Sehrli Bakı" layihəsi həftəsonu Fəvvarələr meydanında tamaşaçılarla tanınmış estrada müğənnilərini yenə də bir araya gətirib.
Olaylar.az bildirir ki, tamaşaçılar tanınmış müğənnilərdən Ceyhun Bakinskinin və digərlərinin gözəl nəğmələrini, beynəlxalq festivallarda ölkəmizi uğurla təmsil edən "Səma" və "Turacı" rəqs qruplarının ifasında rəngarəng rəqs nömrələrini böyük maraqla izləyiblər.
Qeyd edək ki, "Sehrli Bakı" layihəsi çərçivəsində konsertlər sentyabrın 30-dək hər həftəsonu davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31