Fotomüsabiqə elan edildi - Bakı Fotoqrafiya Evi tərəfindən
Fotomüsabiqə elan edildi - Bakı Fotoqrafiya Evi tərəfindən
2 Avqust 2019 13:09 Mədəniyyətİçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" Muzey Mərkəzi nəzdində Bakı Fotoqrafiya Evi "Bakı Foto" adlı II fotomüsabiqə elan edib.
Müsabiqə 5 nominasiya üzrə keçiriləcək. Müsabiqəyə fotolar oktyabrın 30-dək qəbul edilir. Hər nominasiya üzrə jüri bir qalib seçəcək. Qaliblərə pul mükafatı veriləcək. Seçim turu oktyabrın 21-23-də keçiriləcək. Finala çıxan fotolar noyabrın 14-də təşkil ediləcək sərgidə nümayiş olunacaq. Sərginin təntənəli açılışı Bakı Fotoqrafiya Evində baş tutacaq və sərgi 3 ay müddətində davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31