Milli Kino Günündə "Audiovizual sahədə müasir baxış" mükafatı təqdim olunacaq

Milli Kino Günündə "Audiovizual sahədə müasir baxış" mükafatı təqdim olunacaq

Mədəniyyət Nazirliyi və Avto FM radiosunun dəstəyi, "CinemaPlus" kinoteatrlar şəbəkəsinin tərəfdaşlığı ilə "AzerNyuMedia" Şirkəti "Cinema Radio" layihəsinin istehsalına və yayımına başlayıb.

Olaylar.az bildirir ki, "Cinema Radio" layihəsinin "Audiovizual sahədə müasir baxış" mükafatı təsis olunub. Mükafat avqustun 2-də saat 18.00-da Nizami Kino Mərkəzində keçiriləcək Milli Kino Gününə həsr olunan tədbir zamanı təqdim ediləcək.

Xatırladaq ki, hər həftənin şənbə günü saat 15.00-dan 16.00-dək yayımlanan radio veriliş dünyada və yerli kino bazarında baş verən ən son yenilikləri təqdim edir, həftənin kino hadisəsi qonaqlarla müzakirə olunur. Veriliş bir neçə rubrikadan ibarətdir. Dinləyicilər kinoviktorinanın suallarını cavablandırmaqla hədiyyələrə sahib olurlar.  Verilişin aparıcısı tanınmış dj Yaqut Gözəlovadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31