UNESKO Keizo Obuçi Tədqiqat Təqaüd Proqramı elan edib
UNESKO Keizo Obuçi Tədqiqat Təqaüd Proqramı elan edib
1 Avqust 2019 14:11 Mədəniyyət" UNESKO tərəfindən 2019-cu il üzrə UNESKO-Yaponiya Gənc Tədqiqatçılar üçün Keizo Obuçi Tədqiqat Təqaüd Proqramı elan edilmişdir.
Olaylar.az bildirir ki, insan resursları üçün potensialın gücləndirilməsi üzrə Yaponiyanın Etimad Fondu tərəfindən layihələşdirilən bu proqram əsasən aşağıdakı tədqiqatların aparılmasına yönəlib:
ətraf mühit, xüsusilə fəlakət riskinin azaldılması;
mədəniyyətlərarası dialoq;
informasiya və kommunikasiya texnologiyaları;
münaqişələrin sülh yolu ilə həlli.
Gənc tədqiqatçıların bilik və imkanlarını gücləndirmək məqsədi daşıyan bu proqramda hökümət, qeyri-hökümət qurumları, universitetlər və elmi-tədqiqatlar institutların nümayəndələri iştirak edə bilərlər.
Müvafiq proqram üzrə son müaraciət tarixi 29 noyabr 2019-cu il olaraq müəyyən edilmişdir.