Maral Poladovanın “Ziyalı sözü” kitabı işıq üzü görüb

Maral Poladovanın “Ziyalı sözü” kitabı işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş mütəxəsisi Maral Poladovanın "Ziyalı sözü" kitabı çap olunub. Ədəbiyyat İnstitutunun "Filologiya və sənətşünaslıq", eləcə də "Müqayisəli ədəbiyyatşünaslıq" elmi jurnallarının məsul redaktoru olan Maral Poladovanın bu kitabında 2004-2018-ci illərdə çap olunmuş məqalə və müsahibələri toplanmışdır.

Olaylar.az-a verilən məlumata görə, kitabın ön sözünün müəllifi AYB-nin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır. 1984-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Maral Poladovanın 334 səhifədən ibarət olan bu kitabı "Elm və təhsil" nəşriyyatında işıq üzü görüb.

Kitab "Yazdıqlarım", "Həmsöhbətlərimin dedikləri", "Elm və həyat"ın tarixindən səhifələr", "Yazılanlar", "Mükafatlar və Fotoyaddaş" bölmələrindən ibarətdir. Ümumilikdə kitabda müəllifin "Elm və həyat" jurnalı, "525-ci qəzet", "Ədəbiyyat qəzeti", "Ədalət", "Respublika" və "Elm" qəzetlərində dərc olunmuş yazıları yer alıb.

Kitabdakı yazılar professor Şirməmməd Hüseynov, akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvləri Məşədixanım Nemət və Fəzilə Səmədova, professor Cahangir Qəhrəmanov, jurnalist Ülkər Hüseynova, filologiya elmləri doktoru Aida Feyzullayeva, publisit-şair Rəşad Məcid kimi ziyalıların fəaliyyət sferasını işıqlandırır.

 

 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31