“Müstəqil vətənin memarı” videofilminin təqdimat mərasimi keçirilib
“Müstəqil vətənin memarı” videofilminin təqdimat mərasimi keçirilib
31 İyul 2019 11:26 MədəniyyətNizami Kino Mərkəzində ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr edilmiş "Müstəqil vətənin memarı" adlı videofilmin təqdimat mərasimi keçirildi.
Olaylar.az bildirir ki, tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, mədəniyyət, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İxtiyar Piriyevin müəllifi olduğu ekran əsəri ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirir.
Təqdimat mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək tədbirin əhəmiyyətini vurğuladı. Nazir ulu öndər Heydər Əliyevin ölkəmizin taleyində və inkişafında böyük rolu və müstəsna xidmətləri haqqında danışdı.
Filmlə bağlı fikirlərini bölüşən nazir onun Milli Kino Günü ərəfəsində təqdim olunmasını əlamətdar hadisə kimi dəyərləndirdi, ekran işinin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür etdi.
Sonra "Müstəqil vətənin memarı" videofilmi nümayiş olundu.

