Tələbələr Milli Yaylaq Festivalında iştirak edib

Tələbələr Milli Yaylaq Festivalında iştirak edib

Gədəbəy RİH-nin, "Cavad xan" Tarix və Mədəniyyət Fondunun və Türk İşbirliyi və Kordinasiya Agentliyinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin, Mədəniyyət Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Atcılıq Federasiyasının dəstəyi ilə Gədəbəy rayonun Miskinli yaylağı ərazisində mədəni-etnoqrafik və eko-etnoturizmi özündə birləşdirən Milli Yaylaq Festivalının açılışında 30 min nəfərdən çox insan, o cümlədən yerli və xarici turistlər, iş adamları, diplomotik korpus və media nümayəndələri iştirak edib.

Olaylar.az bildirir ki, Festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin dekanı sənətşünaslıq üzə fəlsəfə doktoru Sevil Kərimova, dekan müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli, Dizayn və Dekorativ-tətbiqi sənət kafedrasının müdiri, Xalq rəssamı, professor Arif Əziz və universitetin tələbələri fəal iştrak edib. Dizayn ixtisası üzrə təhsil alan tələbələr Fidan Cəfərova, Teyyub İskəndərzadə və Günay Rüstəmovanın əsərləri festival iştirakçılarının xüsusi marağına səbəb olub. Tələbə rəssamlar azyaşlı ziyarətçilərə ustad dərsləri keçiblər. Açılış mərasiminin sonunda ADMİU-nun tələbələrinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sertifikatları təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31