Naxçıvantəpə arxeoloji abidəsinə ekskursiya təşkil olunub
Naxçıvantəpə arxeoloji abidəsinə ekskursiya təşkil olunub
29 İyul 2019 15:00 MədəniyyətNaxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə nazirliyin strukturuna daxil olan mədəni-maarif müəssisələrinin gənc əməkdaşları üçün Naxçıvantəpə arxeoloji abidəsinə ekskursiya təşkil olunub.
Olaylar.az bildirir ki, ekskursiya zamanı Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev gənclərə arxeoloji ekspedisiyalarla bağlı məlumat verib. Bildirib ki, son illərdə Naxçıvan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində bu ərazilərdə 300-500 min il bundan əvvəl ən qədim insanların məskən saldıqları təsdiqlənib. Bu yaşayış məskənləri əsasən Naxçıvanın təbii zənginliklərə malik çay vadilərində, dağ yamaclarında, eyni zamanda yaşı minilliklərlə ölçülən mağaralarda olub. Arxeoloji qazıntılar zamanı qədim yaşayış yerlərindən aşkar olunan əmək alətləri, maddi nümunələr ərazinin nəinki Azərbaycanın, hətta dünyanın ən qədim yaşayış yerlərindən biri olduğunu göstərir.