Beynəlxalq Muğam Mərkəzinin yay layihəsinin növbəti konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzinin yeni layihəsi olan “Muğam dünyasına səyahət” adlı silsilə konsert proqramlarının növbəti tədbir  A.R.Qobustanlı adına Mədəniyyət evində keçirilib.

Beynəlxalq Muğam Mərkəzinin yeni layihəsi olan "Muğam dünyasına səyahət" adlı silsilə konsert proqramlarının növbəti tədbir  A.R.Qobustanlı adına Mədəniyyət evində keçirilib.

Olaylar.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə keçirilən konsert proqramında sevilən gənc xanəndələr Elgiz Əliyev, Nisbət Sədrayeva və Almaxanım Əhmədli Qaradağ sakinləri qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər. Xalq mahnılarımız, muğamlarımızdan ibarət proqramda xanəndələri tarda Zəfər Məmmədli, kamançada Muşfiq Lətifov və nağarada Vüsal Əliyev müşayiət edib.

Konsert qəsəbə sakinləri tərəfindən maraqla qarşılanıb. Konsert proqramından əvvəl tamaşaçılara Azərbaycan mədəniyyətinə dövlətimizin diqqət və qayğısından söz açılıb. Bildirilib ki, müstəqil Azərbaycan dünyada iqtisadi naliyyətləri ilə bərabər həm də zəngin mədəniyyəti ilə tanınır. Azərbaycan mədəni dəyərlərini dünyada təbliğ etmək prosesini uğurla həyata keçirir. Bunu son illərdə görülən mühüm işlər təstiq edir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Birinci vitse prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə mədəniyyətin inkişafı, milli mənəvi dəyərlərin qorunması , yeni nəslə ötürülməsi sahəsində həyata keçirilən tədbirlər məhz bunu deməyə əsas verir. Dövlət başçısının iştirakı ilə paytaxtla yanaşı bölgələrdə istifadəyə verilən mədəniyyət ocaqları , teatr, muzey və konsert salonları xalqımızın mədəniyyətinin kompleks şəkildə inkişafına xidmət göstərir .

Daha sonra rəngarəng proqramlı konsert təqdim edilib. Konsertdə qəsəbə sakinləri ilə yanaşı burada fəaliyyət göstərən hərbi hissənin əsgərləri də iştirak edib.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə iyul ayından start götürən layihə ilin sonuna kimi davam edəcək. Layihənin konsertlərində tanınmış muğam ifaçılarımız muğamlarımız, xalq mahnılarımız və təsniflərdən ibarət rəngarəng proqram təqdim edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31