Gənc mədəniyyət işçilərinin “I Beynəlxalq yay düşərgəsi” təşkil olunub

Gənc mədəniyyət işçilərinin “I Beynəlxalq yay düşərgəsi” təşkil olunub

İyulun 26-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Şəmkir Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə gənc mədəniyyət işçilərinin "I Beynəlxalq yay düşərgəsi" təşkil olunub.

Olaylar.az bildirir ki, Gədəbəy rayon İcra Hakimiyyəti, TİKA, "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçiriləcək "Milli Yaylaq Festivalı" çərçivəsində təşkil olunan düşərgə Şəmkir Regional Mədəniyyət İdarəsinin nümayəndələrinin, müxtəlif regionlardan olan gənc mədəniyyət işçilərinin, Türkiyə, Rusiya və Qazaxıstandan gələn qonaqların iştirakı ilə baş tutub.

Düşərgəni açıq elan edərək, Mərkəzin direktoru Asif Usubəliyev öz çıxışında belə layihələrin gənc mədəniyyət işçiləri arasındasəmimi münasibətlərin, yoldaşlıq və dostluq hisslərinin formalaşmasında, sərbəst fikirlərin, yeni ideyaların ortaya çıxmasında və problemlərin birlikdə həll olunmasında yardımçı olduğunu vurğuladı.

Gədəbəy rayon Heydər Əliyev parkında keçirilən "I Beynəlxalq yay düşərgəsi" çərçivəsində "Küçə gitaraçıları və qraffiti festivalı" təşkil olunub. Parkın müztəlif güşələrində gitara ustalarının zövq oxşayan melodiya sədaları altında Mədinə Rəhimova və digər qraffiti ustaları öz istedadlı əsərlərini 500-ə yaxın yerli və xarici iştirakçılara nümayiş etdirdi.

Xarici qonaqlar, Türkiyə İnegöl Bələdiyyəsinin Xalq rəqsləri ansamblının müəllimi Fatih Oral, Qazaxıstan Milli İncəsənət Universitetinin professoru, sənətşünaslıq namizədi Rauşan Maldibayeva, Rusiyanın D.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Natalya Kryukova düşərgənin təşkilatçılığını yüksək qiymətləndirərək, rayonun gəncəri ilə bərabər əylədnilər.

Sonda Mərkəz tərəfindən rayon sakinlərin və qonaqların iştirakı ilə diskoteka keçirilib. Düşərgənin davamı "Milli Yaylaq Festivalı"nda nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31