“Milli Kino Mükafatı” sahiblərinin adı açıqlanıb

“Milli Kino Mükafatı” sahiblərinin adını açıqlanıb

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2019-cu ilin "Milli Kino Mükafatı" sahiblərinin adını açıqlayıb.

Olaylar.az bildirir ki, qurumun ən böyük mükafatı Azərbaycan və sovet kinematoqrafiyasına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Ramiz Fətəliyevə verilib.

Həmçinin 75 illik yubileyi və milli kinonun inkişafına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Mahmudov Əbduləhəd Əlisa oğlu (Şeyx Əbdül) bu mükafata layiq görülüb.

Mükafatlar 2 avqust - Milli Kino Günündə Nizami Kino Mərkəzində sahiblərinə təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31