Beynəlxalq Muğam Mərkəzinin möhtəşəm yay layihəsi davam edir
Beynəlxalq Muğam Mərkəzinin möhtəşəm yay layihəsi davam edir
25 İyul 2019 14:59 MədəniyyətBeynəlxalq Muğam Mərkəzinin yeni layihəsi olan "Muğam dünyasına səyahət" adlı silsilə konsert proqramlarının növbəti tədbiri iyulun 26-da A.R.Qobustanlı adına Mədəniyyət evində keçiriləcək.
Olaylar.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə keçiriləcək konsert proqramında sevilən gənc xanəndələr xalq mahnılarımız, muğamlarımızdan ibarət proqramla qəsəbə sakinlərinin qarşısında çıxış edəcəklər. Bir-birindən maraqlı çıxışlar tamaşaçılara əsl yay istirahəti yaşadacaq. Bu dəfə Qaradağ sakinlıri ilə görüşə xanəndələr Elgiz Əliyev, Nisbət Sədrayeva və Almaxanım Əhmədli gələcək. İfaçıları tarda Zəfər Məmmədli, kamançada Muşfiq Lətifov və nağarada Vüsal Əliyev müşayiət edəcək.
Qeyd edək ki, iyul ayından start götürən layihə ilin sonuna kimi davam edəcək. İsti yay günlərinin milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarının sədaları ilə keçirmək istəyənləri tətil boyu təşkil olunacaq muğam axşamlarına dəvət edirik.
Konsertlər Beynəlxalq Muğam Mərkəzinin solistləri, muğam müsabiqələrinin laureatlarının iştirakı ilə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mədəniyyət Mərkəzlərində reallaşacaq.