Dneprdə küçələrdən birinə Maqomayevin adı verildi
Dneprdə küçələrdən birinə Maqomayevin adı verildi
24 İyul 2019 17:10 MədəniyyətUkraynanın Dnepr şəhərindəki küçələrdən birinə Azərbaycan və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin adı verilib.
Bu barədə deputatlar Dnepr Şəhər Şurasının iyulun 24-də keçirilmiş növbəti sessiyası zamanı müvafiq qərar qəbul ediblər.
Bildirilir ki, şəhərin Sobornı rayonundakı 8 Mart küçəsinə azərbaycanlı müğənninin adı veriləcək.
Mer Boris Filatov deyib ki, şəhər hakimiyyətinin bu qərarı Dneprdə yaşayan azərbaycanlılara hədiyyədir:
"Şəhərdə azı 30 min azərbaycanlı yaşayır. Bu qərar onlara hədiyyədir. Bu, təkcə onlara deyil, Müslüm Maqomayevi sevən bütün valideynlərimizə də hədiyyədir. O, dahi olub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31