Tarixi Muzeyinə yeni arxeoloji materiallar daxil olub

Tarixi Muzeyinə yeni arxeoloji materiallar daxil olub

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə yeni arxeoloji materiallar daxil edilib.

Olaylar.az bildirir ki, sözügedən materiallar Şəmkirdən tapılmış saxsı qablar və Əhəməni sarayından tapılmış Pasarqad tipli sütun altlığıdır.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Emil İsgəndərov tərəfindən muzeyə verilən materiallar e.ə. VI-IV əsrlərə aiddir və onlar arxeologiya tariximizin tədqiqi baxımından əhəmiyyətlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31