Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə qalib oldular
Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə qalib oldular
24 İyul 2019 11:51 MədəniyyətGürcüstan Fotoqraflar Assosasiasının FİAP-ın potranajlığı ilə keçirdiyi Photo Salon "Georgian Drag - 2019" beynəlxalq fotomüsabiqəsinə yekun vuruldu.
Gürcüstanda ezamiyyətdə olan, AFB-nin bədii işlər üzrə sədr müavini, beynəlxalq foto ekspert, FEP-in, Rusiya Bədii Fotoqraflar İttifaqının üzvü, münsif heyəti kimi son turunda iştirak edən Rauf Umud müsabiqə haqqında Olaylar.az -a açıqlama verərək bildirib ki, FİAP-in, GPU-nin, GFA-nın AFB-ni və Photolife salonun təsis etdiyi mükafatlar uğrunda mübarizəyə 52 ölkədən 355 fotoqraf qatılmışdır. 4 bölmə üzrə 4733 foto əsərlədən İlk turdan keçmiş fotolar 157 makfat qazanmışdır.
AFB -nin üzvləri Şahin Sərkərov qızıl, Fərqanə Qasımlı gümüş, Aydın Mehdiyev və Nadejda Cavad bürünc, Birliyin fəxri üzvü , Rusiya Fotoqraflar İttifaqının üzvü Svetlana Kamkova diploma layiq görülmüşlər.
Mükafatlandırma və qaliblərin yekun sərgisi sentyabr ayında Azərbaycanda baş tutacaq.


