“Muzey əşyalarının daimi mühafizə portalı”na həsr olunan təqdimat – treninqin üçüncü mərhələsi keçirildi

“Muzey əşyalarının daimi mühafizə portalı”na həsr olunan təqdimat – treninqin üçüncü mərhələsi keçirildi

Lənkəran şəhərində "Muzey əşyalarının daimi mühafizə portalı"nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat - treninqlərin üçüncü mərhələsi keçirildi.

Qəbələ şəhərində İsmayıllı, Şəki, Kürdəmir, Sumqayıt və Xaçmaz regional idarələrinin, Şəmkir şəhərində Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi regional mədəniyyət idarələrinin, Lənkəran şəhərində Ağdaş, Sabirabad, Biləsuvar, Masallı, Lənkəran regional mədəniyyət idarələrinin tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorlarının iştirakı ilə təqdimat - treninqlər keçirilmişdir.

Təqdimat-treninqlərin növbəti mərhələsinin cari ilin 25 iyul tarixində Bakı şəhərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və bilavasitə nazirliyin tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorlarının iştirakı ilə keçirilməsi nəzərdə tutulmuşdur.

Respublikanın bütün bölgələrində təşkil edilməsi nəzərdə tutulmuş təqdimat-treninqin üçüncü mərhələsi Nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynovanın, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Qabil Abbasovun, Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynlinin, Azərbaycan İstiqlal Muzeyinin direktor müavini Sədi Mirseyiblinin və həmin muzeyin baş fond mühafizi Aida Axundovanın, "Adzone" şirkətinin İT inkişaf mütəxəssisi Natiq Talıbov və həmin şirkətin layihə meneceri Barat Qubatovun, habelə tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorlarının iştirakı ilə keçirilmişdir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Muzey sərvətlərinin daimi mühafizə portalı" üçün vahid idarəetmə sisteminin yaradılması məqsədi ilə muzeylər tərəfindən toplanılmış və sistemləşdirilmiş məlumat bazasının idarə olunması, yenilənməsi və internet məkanında təmsil olunması üçün veb-proqram təminatı ən müasir, beynəlxalq və milli texniki parametrlərə və təhlükəsizlik standartlarına cavab verərək, gələcəkdə digər məlumat bazaları və veb-portalları ilə inteqrasiya olunacağı proqnozlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31