Əməkdar artist şahzadə obrazını canlandıracaq

Əməkdar artist şahzadə obrazını canlandıracaq

Sentyabrın 11-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Pyotr Çaykovskinin "Qu gölü" baleti nümayiş etdiriləcək.

Olaylar.az bildirir ki, "Mariya-2" səhnəsində təqdim ediləcək baletdə Azərbaycanın Əməkdar artisti Timur Əsgərov şahzadə Ziqfrid obrazını canlandıracaq.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. T.Əsgərov 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31