Hindistan Səfirliyi və Bakı Gənclər Mərkəzinin birgə layihəsi - Hindistan Film Festivalı
Hindistan Səfirliyi və Bakı Gənclər Mərkəzinin birgə layihəsi - Hindistan Film Festivalı
17 İyul 2019 15:27 MədəniyyətBakı Gənclər Mərkəzi Hindistan Səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Hindistan Film Festivalı təşkil edir.
Olaylar.az bildirir ki, 23-29 iyul tarixlərində baş tutacaq festivalda hər gün hind filmləri nümayiş olunacaq.
23 iyul, saat 15:00-da Bakı Gənclər Mərkəzində nümayiş olunacaq ilk film Hindistan Respublikasının Azərbaycandakı səfiri cənab Vanlalvavna Bavintlunqun iştirakı ilə göstəriləcəkdir. Filmlər hind dilində, ingilis dili altyazı ilə təqdim olunacaq.
Hindistanın rəngarəng mədəniyyəti ilə yaxından tanış olmaq istəyən hər kəs tədbirə dəvətlidir. Tədbirdə iştirak ödənişsizdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31