Musiqili Teatr tərəfindən 4042 saxlama vahidi fotosənəd arxivə təhvil verilib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı tərəfindən daimi saxlanılmaq məqsədi ilə 4042 saxlama vahidi fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı tərəfindən daimi saxlanılmaq məqsədi ilə 4042 saxlama vahidi fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

Əsasən 2018-2019-cu ilin teatr mövsümünü əhatə edən fotosənədlər sənət ocağının səhnəsində uğurla təqdim olunan və geniş əks-səda doğuran tamaşalar - "Qırmızı papaq", "Ər və arvad", "Buratino", "Balaca şahzadə", "Arşın mal alan", "Amerikalı kürəkən", "Cırtdanın sərgüzəştləri", "Bir dəfə Bağdadda", "Mənim günahım", "Talelər qovuşanda", "Qızıl toy" və "Toya bir gün qalmış" kimi səhnə əsərlərinin yaradıcılıq həllini özündə əks etdirir.

Hazırda fotosənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31