“Cinema Radio” layihəsinə start verilir
“Cinema Radio” layihəsinə start verilir
15 İyul 2019 17:08 MədəniyyətAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Avto FM radiosunun dəstəyi ilə "AzerNyuMedia" Şirkəti "Cinema Radio" layihəsinin istehsalına və yayımına başlayır.
Qeyd edək ki, hər həftənin şənbə günü saat 15.00-dan 16.00-dək yayımlanacaq radio veriliş dünyada və yerli kino bazarında baş verən ən son yenilikləri təqdim edəcək, həftənin kino hadisəsi qonaqlarla müzakirə olunacaq.
Məlumat üçün bildirək ki, veriliş bir neçə rubrikadan ibarət olacaq. Dinləyicilər kinoviktorinanın suallarını cavablandırmaqla hədiyyələrə sahib olacaqlar. Verilişin aparıcısı tanınmış dj Yaqut Gözəlovadır.
Radio layihənin tərəfdaşı "CinemaPlus" kinoteatrlar şəbəkəsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31