"Sevgim, sirdaşım, səndən doymadım"
Əməkdar artist Nüşabə Ələsgərli dünyasını dəyişmiş anasının görüntülərini yayımlayıb. Müğənni anasının ad gününü təbrik edərək, xatirələrini bölüşüb:
3 İyul 2019 10:54 MədəniyyətƏməkdar artist Nüşabə Ələsgərli dünyasını dəyişmiş anasının görüntülərini yayımlayıb.
Müğənni anasının ad gününü təbrik edərək, xatirələrini bölüşüb:
"Ad günün mübarək, əziz anam. Balalarının, nəvələrinin başına pərvanə kimi dolanıb, yanan, anam. Kaş o günlər olaydı. Özün qızından iki ay tez o dünyaya getdin ki, balan qorxmasın? Əllərini göyə açıb, Allahdan istədin ki, mənə balalarımın pis gününü göstərmə. Allah səni eşitdi. 2 ay öncə getdin... Görmədin balanın pis gününü. İki ay sonra getsəydin necə olardı? Sağlam idin... Ruhun cavan idi... Heyif mənim ən vəfalı dostum, sevgim, sirdaşım. Doymadım səndən. Bir onu bilirsən ki, dörd ildə bir gün də olsa, unutmadım səni. Nə qədər sağam ürəyimdəsən. Dünyanın rəngini gözümdə dəyişən anam".
Axşam.az