Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq - Akademik Musiqili Teatrda

İyulun 5-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli incəsənət xadimi, pedaqoq, rejissor Faiq Zöhrabovun xatirəsi anılacaq. Olaylar.az bildirir ki, Faiq Zöhrabovun quruluş verdiyi ''Talelər qovuşanda" (Rauf Hacıyev) operettası 132-ci dəfə həmin gün oynanılacaq, sənət dostları unudulmaz rejissora ehtiram və sevgilərini bir daha nümayiş etdirəcəklər.

İyulun 5-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli incəsənət xadimi, pedaqoq, rejissor Faiq Zöhrabovun xatirəsi anılacaq.

Olaylar.az bildirir ki, Faiq Zöhrabovun quruluş verdiyi Talelər qovuşanda" (Rauf Hacıyev) operettası 132-ci dəfə həmin gün oynanılacaq, sənət dostları unudulmaz rejissora ehtiram və sevgilərini bir daha nümayiş etdirəcəklər.

Tamaşadan öncə tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı istedadlı sənətkarın çoxşaxəli yaradıcılıq yolu barədə danışacaq.

Uzun illər boyu teatrın səhnəsindən maraqla izlənilən bu tamaşada F.Zöhrabovun qızı, bir çox beynəlxalq müsabiqələrdə geniş vokal imkanlarını sərgiləyən Respublikanın Əməkdar artisti Nərgiz Kərimova ilə yanaşı, digər Əməkdar artistlər - Novruz Qartal, Nahidə Orucova, aktyorlar - Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Elxan İsmayılov, Gülnarə Abdullayeva, Güldanə Əzimova, Ülviyyə Əliyeva, Emil Heydərov, Əliməmməd Novruzov, Hüseyn Əlili, Elməddin Dadaşov, Fərid Rzayev və başqaları da oynayacaqlar. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri Əməkdar artistlər - Zakir və Yelena Ağayevlər, dirijoru Səməd Süleymanlı, xormeysteri, Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Nərminə Əbdürrəhmanova, rejissor assistent Elməddin Dadaşovdur.

Faiq Zöhrabov bir çox rejissor və aktyorun sənətə vəsiqə almasında əvəzsiz xidmətləri ilə bu gün də unudulmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31