Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası davam edir

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası davam edir

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 2-də öz işini iştirakçı ölkələrin təmsilçilərinin çıxışları ilə davam etdirir.

Olaylar.az bildirir ki, sessiyanın növbəti günündə üzv dövlətlərlə məşvərət qrupları arasında dialoqun gücləndirilməsinə həsr olunan hesabat müzakirə edilib.

Sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev müzakirə olunacaq hesabat barədə danışıb və hər kəsi müzakirələrdə fəal olmağa çağırıb.

Sonra Azərbaycan, Norveç, Tanzaniya, İndoneziya, Bəhreyn, Braziliya, Macarıstan, Küveyt, Qvatemala, Tunis, Avstraliya, Çin və digər ölkələrin təmsilçiləri təqdim olunan hesabatla bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, dialoqun qurulması üçün belə hesabatlar mühüm əhəmiyyət daşıyır.

Çıxış edənlər Ümumdünya İrs Komitəsinin son illər gördüyü işlərdən və dünyada mədəni irsin qorunması istiqamətində reallaşdırılan layihələrdən də danışıblar.

Sessiya işini müzakirələrlə davam etdirir.

Mədəniyyət naziri UNESKO İcraiyyə Şurasının sədri ilə görüşdü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31