“Kontrabas” növbəti dəfə Beynəlxalq Festivallara qatılacaq

“Kontrabas” növbəti dəfə Beynəlxalq Festivallara qatılacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov 21 illik "Kontrabas"la Festivallara hazırlaşır. Olaylar.az bildirir ki, tamaşa 14-18 avqust tarixində Rusiya Federasiyasının Kineşma şəhərində keçiriləcək "Островский - FEST" Beynəlxalq Teatr festivalına dəvət alıb. Yerli teatrlardan əlavə daha 6 ölkənin - Azərbaycan, Moldova, Ukrayna, İsrail, İsveçrə, Norveçin iştirak edəcəyi festival kifayət qədər nüfuz qazanıb.

Avqustun 28, 29 və 30-da isə ABŞ -ın Boston şəhərində teatr festivalına qatılacaq.

Əməkdar artist Şövqi Hüseynov bu Festivallarda da uğur qazanacağına inandığını bildirib: "Bilirsiz ki, bu tamaşa ölkəmizə, mədəniyyətimizə uğur gətirib, bir çox mükafatlara layiq görülüb. Azərbaycan və rus dilində oynanılır. İndiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında mükafatlar alıb. Avqust ayında baş tutacaq iki böyük festivalda da uğur qazanacağımıza inanıram".

Xatırladaq ki, əsərin müəllifi Patrik Züskind, mono-tamaşanın quruluşçu rejissoru, səhnə və musiqi tərtibatçısı, mərhum rejissor İrina Perlovadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31