“Mədəniyyət və kreativ sənaye” adlı seminar keçirilib

“Mədəniyyət və kreativ sənaye” adlı seminar keçirilib

İyulun 1-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən Xaçmaz Regional Mədəniyyət idarəsi ilə birgə Xaçmaz rayon Heydər Əliyev Mərkəzində regionun gənc mədəniyyət işçilərinin iştirakı ilə "Mədəniyyət və kreativ sənaye" adlı seminar keçirilib.

Olaylar.az bildirir ki, seminarın məqsədi mədəniyyət sahəsində çalışan əməkdaşlar arasında kreativ yanaşma və fərqli düşüncə tərzinin formalaşmasıdır. Mədəniyyət sahəsi müsbət alqoritmli inkişafın göstəricisi olmalıdır.

Tədbiri Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev açaraq, iştirakçıları salamladı və "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun fəaliyyətindən söz acdı.

Sonra Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev çıxış edərək qeyd etdi ki, Mərkəzin nəzdində fəaliyyət göstərən "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun üzvləri arasında keçirilən tədbirlərin prioritet istiqamətlərindən biri kreativ sənaye vərdişlərinin formalaşmasıdır.

Seminarda həmçinin Mərkəzin şöbə müdiri Nurəddin Babazadə və sektor müdiri Ceyhun Əhmədov "Müasir dünyada kreativ sənaye amili" mövzusunda çıxış ediblər.

Çıxışlarda vurğulandı ki, müasir dövrdə kreativ və fərqli yanaşma tərzi tətbiq olunduğu bütün sahələrdə uğura səbəb olur. Sistemimizdə kreativ və təşəbbüskar mühitin yaradırmasında gənc mədəniyyət işçilərinin rasional fəaliyyəti vacib amildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31