Rozanın övladlığa götürdüyü oğullarının əsl anası - FOTO
15 Aprel 2019 18:23 MədəniyyətMüğənni Roza Zərgərli övladlığa götürdüyü oğullarının anasının fotosunu üzə çıxarıb. Sənətçi dünyasını dəyişən Leyla xanımın ad günü olduğunu vurğulayıb: "Leylam Allah sənə rəhmət etsin, heç zaman gözün yolda qalmasın. 2 gül balanı, mələklərini göz bəbəyim kimi qoruyuram. Kaş onları hərbi geyimdə görərdin. Vətənin keşiyində dağ kimi dayanıblar. Sənin ad günündür, yerin cənnət olsun".
Qeyd edək ki, Rozanın Bənövşə adlı qız övladı var. İfaçı oğulları Corc və Jerarı övladlığa götürüb.

sia
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31