Emin "Jara"nı Dubayda keçirəcək
"Jara" beynəlxalq musiqi festivalı bu dəfə Birləşmiş Ərəb Əmirliyində keçiriləcək
3 Aprel 2019 18:16 MədəniyyətXalq artisti Emin Ağalarov tərəfindən təşkil edilən məşhur "Jara" beynəlxalq musiqi festivalı bu dəfə Birləşmiş Ərəb Əmirliyində keçiriləcək. Tədbir mayın 3-də Dubay şəhərində nəzərdə tutulub.
Bu haqda festivalın rəsmi "İnstagram" səhifəsində xəbər yerləşdirilib. Konsertdə Eminlə yanaşı Leonit Aqutin, Olqa Buzova, Qriqori Leps, Valeriya, Yulianna Karaulova, Albina Canabayeva, "Vremya i Steklo", "Artik & Asti" və başqaları çıxış edəcəklər.
Qeyd edək ki, "Jara" festivalı yayda Bakıda da keçiriləcək. Tədbir iyulun 25, 26, 27, 28-də planlaşdırılıb.
sia
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31