Azərbaycanlı məşhurun gözü qarşısında meyiti yandırıb... - VİDEO

Aparıcı Hüsniyə Məhərrəmovanın instaqramda paylaşdığı son videosu böyük səs-küy yaradıb.

Aparıcı "Oralar" verilişinin çəkilişi üçün Nepala yollanıb. Səfər zaman qarşılaşdığı maraqlı hadisələri sosial şəbəkədə paylaşan H.Məhərrəmovanın paylaşımı diqqət çəkib. Belə ki, o, kremasiya (insanın meyitinin yandırılması prosesi) prosesinin fonunda video çəkərək sosial media hesabında yerləşdirib.

Hadisənin şahidi olan aparıcı təəssüratlarını belə ifadə edib:

"Paşupatinat məbədi induizmin "Məkkə"sidir. Buraya dünyanın hər yerindən bura hindu zəvvarları gəlir və əsasən ölməyə. Burada ölüm, kremasiya olunub, külü Baqmati çayına axıtmaq həyatın ən gözəl sonluğu hesab olunur. Çayı ortadan bölən körpünün cənubunda varlılar, şimalında kasıblar yandırılır.

Hazırda arxamda yaşlı bir kişini kremasiya edirlər. Onun böyük oğlu üç dəfə ətrafına fırlanaraq, onu yandırır. Mərasimdə mərhumun bütün ailə üzvləri iştirak edir. Bir bədənin sonadək yanıb kül olmasına təxminən üç saat vaxt lazımdır.

Ətrafda çox xoşagəlməz iy var. Tüstü burun-boğazı yandırır, ağızda pis tam əmələ gəlir. Turistlərin bəziləri burnunu, ağzını bağlayır, bəziləri buna baxa bilmir, digərləri isə mənim kimi bunun canlı şahidi olduğuna görə sevinir.

Dünya çox maraqlı və rəngarəngdir. Birinə vəhşilik kimi gələn bir şey, digəri üçün ən ali nöqtədir. Ən böyük xoşbəxtlik bu planetə "Homo Sapiens" olaraq gəlib, bütün bunları görməkdir. Səyahət edin. Dünyada bundan gözəl heç nə yoxdur".

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31