“Qətibə İnanc” yenidən səhnədə

Martın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Qətibə İnanc” tamaşası nümayiş olunacaq. Olaylar.az bildirir ki, ikihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

Martın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Qətibə İnanc" tamaşası nümayiş olunacaq.

Olaylar.az bildirir ki, ikihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur.

Səhnə əsərində Xalq artisti Bəsti Cəfərova və Sabir Məmmədov, aktyorlar Rüstəm Rüstəmov, İlyas Əhmədov, Əməkdar artist Kazım Abdullayev, aktrisalar Şəhla İsmayılova, Fidan Cəfərova, aktyor Elnur Qədirov, Əməkdar artistlər Mirzə Ağabəyli və Elxan Quliyev, aktyor Cümşüd Zeynalov, Əməkdar artistlər Məzahir Cəlilov, Rövşən Kərimduxt və Əlvida Cəfərov iştirak edəcək.

Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan cavabsız məhəbbətinə həsr olunub. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir, ondan Qutluğ adlı oğlu olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31