Bakıda Frankofoniya həftələrinin yeni buraxılışı təqdim ediləcək
Martın 30-dan aprelin 15-dək Bakıda Frankofoniya həftələrinin yeni buraxılışının təqdimatı baş tutacaq. Olaylar.az bildirir ki, martın 28-də Frankofoniya həftələrinin təşkilatında iştirak edəcək 13 dövlətin səfiri və iştirakçı qurumların nümayəndəlikləri ilə Landmark otelinin 22-ci mərtəbəsində mətbuat konfransı keçiriləcəkdir.
26 Mart 2019 13:18 MədəniyyətMartın 30-dan aprelin 15-dək Bakıda Frankofoniya həftələrinin yeni buraxılışının təqdimatı baş tutacaq.
Olaylar.az bildirir ki, martın 28-də Frankofoniya həftələrinin təşkilatında iştirak edəcək 13 dövlətin səfiri və iştirakçı qurumların nümayəndəlikləri ilə Landmark otelinin 22-ci mərtəbəsində mətbuat konfransı keçiriləcəkdir.
Qeyd edək ki, Frankofoniya həftələri çərçivəsində nəzərdə tutulan mədəni tədbirlərin tam proqramını Fransa, Belçika, Kosta-Rika, Yunanıstan, Macarıstan, Mərakeş, Meksika, Moldoviya, Rumıniya, İsveçrə, Estoniya, Litva, Latviya ölkələrinin səfirlikləri və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi təqdim edəcək.