Məşhur yazıçıya Fransadan dəvət gəldi - Müsbət rəy alsam, orda çap olunacam
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği çərçivəsində ərsəyə gətirdiyi “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının Strasburqda təqdimat mərasimi keçirilib.
26 Mart 2019 12:58 MədəniyyətAzərbaycan Dövlət Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği çərçivəsində ərsəyə gətirdiyi "Azərbaycan Ədəbiyyatı Antologiyası" kitabının Strasburqda təqdimat mərasimi keçirilib.
Strasburqun mərkəzi "Kleber" kitab evində təşkil olunan tədbirdə tanınmış elm, siyasət, ədəbiyyat adamları, Avropa institutları, eləcə də Avropa Məhkəməsinin əməkdaşları, jurnalistlər və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər. Fransada fəaliyyət göstərən "Kapaz" nəşriyyat evi tərəfindən tərcümə və nəşr edilmiş "Azərbaycan Ədəbiyyatı Antologiyası" kitabında XIX-XXI əsr Azərbaycan yazıçılarının hekayələri yer alıb.
Olaylar.az bildirir ki, antologiyada məşhur yazıçı Şərif Ağayarın "Şeqlov üsulu" hekayəsi də yer alıb. Hekayə haqqında Strazburq Universitetinin filologiya fakültəsinin dekanı çox yüksək fikirlər söyləyib. Bu barədə tədbirdə iştirak edən Könül Qasımova bildirib.
Yazıçı sosial şəbəkə hesabından Strazburq Universiteti filologiya fakültəsinin dekanı Jan-Pol Meyerin Fransada təqdimatı keçirilən "Azərbaycan Ədəbiyyatı Antologiyası" kitabına salınmış hekaysi haqqında yüksək fikirlər söyləməsinin artıq müsbət nəticə verdiyini bildirib. Belə ki, o Fransadan romanları üçün dəvət gəldiyini bildirib:
"Müsbət rəy alsam, orda çap olunacam.
İnamlıyam!"