“Küçədə, şəhərdə...” – Afaq açıq-saçıq geyimləri haqda
23 Mart 2019 22:33 MədəniyyətMüğənni Afaq Aslan onu saçıq-saçıq geyinməkdə ittiham edənlərə cavab verib.
Sənətçi bu barədə özünün İnstaqram səhifəsində yazıb.
Bakıda keçirilmiş bir Novruz bayramı şənliyindən videogörüntüsünü paylaşan Afaq qeyd edib:
"Novruz bayramı ilə əlaqədar təşkil olunmuş bir çox tədbirlərdə iştirak etdim. Geyindiyim geyimlər çox tənqid olundu, gündəm yaratdı. Mən sənətçiyəm. Səhnəyə istədiyimi geyinib çıxa bilərəm. Küçədə, şəhərdə bəziləri açıq-saçıq geyinir, amma onlara söz deyən olmur. Mən geyinəndə isə olay olur. Bəzən anlamıram".
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31