Prezident daha bir aktyora ev bağışladı
19 Mart 2019 13:30 MədəniyyətPrezident İlham Əliyev Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Sabir Məmmədova mənzil hədiyyə edib.
Axşam.az xəbər verir ki, bu barədə Unikal.org-a aktyorun özü məlumat verib:
"Cənab prezidentə təşəkkür edirəm. Bu, sənətimə verilən böyük qiymətdir".
Qeyd edək ki, Sabir Məmmədov 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olub. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.
Aktyor 1983-cü ildə təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilib. 1989-cu ildən Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31