“YUĞ” Teatrı “V Şəhər Teatrları Görüşü” festivalında

Azərbaycan Dövlət “YUĞ” Teatrının kollektivi Türkiyəyə yola düşüb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə teatr Adanada keçiriləcək “V Şəhər Teatrları Görüşü” festivalında iştirak edəcək.

Azərbaycan Dövlət "YUĞ" Teatrının kollektivi Türkiyəyə yola düşüb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə teatr Adanada keçiriləcək "V Şəhər Teatrları Görüşü" festivalında iştirak edəcək.

Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları Müdirliyinin keçirdiyi festivalda YUĞ Teatrı ölkəmizi A.P.Çexovun əsəri əsasında hazırlanmış "Təklif. Elçilik" tamaşası ilə təmsil edəcək. Səhnə əsərinin quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir. Tamaşada Əməkdar artist Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidovçıxış edirlər.

Proqrama əsasən, YUĞ Teatrının "Təklif. Elçilik" tamaşası 1 noyabr tarixində, yerli vaxtla saat 19.00-da Adana Böyükşəhər Bələdiyyəsinin tamaşa zalında nümayiş olunacaq.

Festival çərçivəsində teatr həmçinin 2-3 noyabr tarixlərində Türkiyənin Mersin və Tarsus şəhərlərində "Təklif. Elçilik" və "Metamorfoza" tamaşaları ilə çıxış edəcək.

Qeyd edək ki, S.Haqverdiyevanın əsərləri əsasında hazırlanmış "Metamorfoza" tamaşasının quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. Tamaşada Zümrüd Qasımova (Mən), Oqtay Mehtiyev (Sən) və Elgün Həmidov (O) çıxış edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31