Nazir Mükayıl Müşfiqlə bağlı xahiş etdi

Mikayıl Müşfiq adı bizim üçün müqəddəsdir. O müqəddəs insanın, şəxsiyyətin qalıqları haqqında danışmağa ehtiyac yoxdur.

Bu sözləri Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycan şairi Mikayıl Müşfiqin məzarının tapılması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Nazirin sözlərinə görə, bu məsələ ilə bağlı komissiya müəyyən ediləcək, sənədlər toplanılacaq.

"Mikayıl Müşfiqin məzarı ilə bağlı iddialar dəfələrlə qaldırılıb və bu barədə müxtəlif mülahizələr var. Xahiş edirəm, bunu sensasiya etməyin. Lazım gəldikdə sizə məlumat verəcəyik".

kult.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31