Keçə sənətinə həsr edilmiş sərgi - Xalça Muzeyində

Azərbaycan Xalça Muzeyində "Keçə sənəti müasir incəsənətdə" və "Ənənəvi keçə sənəti" adlı sərgilərin açılışı olub.

Üçüncü "Türk dünyasının ortaq dili - naxışlar" mövzusunda keçirilən beynəlxalq simpozium çərçivəsində təşkil olunan sərgidə azərbaycanlı ustalarla yanaşı, türk, rus, qırğız, macar, isveçli, amerikalı sənətkarların işləri də sərgilənib.

Sərginin açılışından öncə Azərbaycan Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova çıxış edərək yenicə işə bağlamış simpozium haqqında qonaqlara məlumat verib.

Ənənəvi olaraq təşkil olunan simpozium çərçivəsində sərgilərin və ustad dərslərinin keçirilməsinə diqqət çəkən Ş.Məlikova keçə sənətinin qədim mədəni irs nümunəsi olduğunu deyib.

Çıxış edən digər natiqlər sərginin əhəmiyyətindən və iştirakçı ölkələrin qarışlıqlı əməkdaşlıq əlaqələrindən söz açıblar.

Sonda qonaqlar sərgi ilə tanış olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31