Emin Ağalarov dahi azərbaycanlıdan danışdı - Video
25 Oktyabr 2018 18:50 MədəniyyətBu gün dahi Müslüm Maqomayevin 10 illik xatirəsi qeyd olunur. Bu, həm də bizim Maksim Fadayevlə hazırladığımız "Mənim Azərbaycanım" mahımızın işıq üzü görməsi ilə eyni günə təsadüf edib.
Bu sözləri xalq artisti Emin Ağalarov deyib.
O, byeni mahnısında Müslüm Maqomayevin sözlərindən istifadə etdiyini deyib:
"Mənim Azərbaycanım"da biz Maqomayevin "Mavi əbədilik" mahnısında olan "o more, more" ifadələrindən yan ötmədik. Bu mahnı və Müslüm Maqomayev haqqında xatirələrim "Mənim Azərbaycanım"da qırmızı xətt kimi keçir".
Qeyd edək ki, bu gün dünya şöhrətli azərbaycanlı müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin vəfatından 10 il ötür. 25 oktyabr 2008-ci ildə vəfat edən müğənni Bakıda Birinci Fəxri Xiyabanda dəfn olunub.
kult.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31