Aybəniz Haşımova -“Mənim ömür nəğmələrim”
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar artist Aybəniz Haşımova “Mənim ömür nəğmələrim” adlı geniş konsert proqramı ilə çıxış edib.
25 Oktyabr 2018 12:51 MədəniyyətM.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar artist Aybəniz Haşımova "Mənim ömür nəğmələrim" adlı geniş konsert proqramı ilə çıxış edib.
Konsert proqramı Xalq artisti, unudulmaz sənətkar Şövkət Ələkbərovanın 90 illiyinə həsr olunub.
Olaylar.az bildirir ki, konsertdə əsasən Şövkət Ələkbərovanın oxuduğu mahnılara üstünlük verilib. Konsert boyu tələbələri ilə eyni səhnəni bölüşən müğənnini Qara Qarayev adına Kamera Orkestri və Gülarə Əliyeva adına Azərbaycan Dövlət Televiziyasının "Dan ulduzu" instrumental ansamblı müşayiət edib.
Konsertin ssenari müəllifi Firuzə Nadirdir.
Qeyd edək ki, bu il Aybəniz Haşımovanın sənətdə olmasının 40 ili tamam olur.