Emin Ağalarov "Mənim Azərbaycanım" duetini təqdim edib

Azərbaycanın xalq artisti Emin Ağalarov rusiyalı müğənni Maksim Fadeevlə birgə "Mənim Azərbaycanım" adlı duetini təqdim edib

Bu barədə Emin Ağalarov "İnstagram" səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, mahnı ana, vətən, ev və s. haqqındadır: "Bu mahnı doğmalardan bəhs edir. Musiqi ən həqiqi və səmimi  duyğuları ehtiva edir. Maksimlə əlaqədar hər şey bir şah əsəridir və mən ona belə bir gözəl hədiyyə üçün minnətdaram".

Qeyd edək ki, musiqinin sözləri Maksim Fadeev və Olqa Seryabkina məxsusdur. Emin Ağalarovun "Biz cənnətdən qorxmurduq" adlanan yeni albomunda yer alan "Mənim Azərbaycanım" dueti Rusiyada və MDB-də bütün rəqəmsal platformalarda artıq mövcuddur. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31