“Könüldən Gələn Rəssamlıq”- sərgi-tədbir
24 Oktyabr 2018 12:04 MədəniyyətOktyabrın 27-də "ASAN Könüllüləri" Təşkilatı "Mədəniyyət Carçısı" proqramının təşkilatçılığı və Xətai Sənət Mərkəzinin tərəfdaşlığı ilə keçirilən "Könüldən Gələn Rəssamlıq" adlı sərgi-tədbir Xətai Sənət Mərkəzində baş tutacaq.
Olaylar.az bildirir ki, sərgi-tədbirdə "Mədəniyyət Carçısı" proqramı çərçivəsində bir qrup ASAN könüllüləri Xətai Sənət Mərkəzində peşəkar rəssam- müəllimlər tərəfindən keçirilən ustad dərslərində tədris boyu ərsəyə gətirdikləri əsərləri nümayiş olunacaq.
Həmçinin tədbirdə "Mədəniyyət Carçısı" proqramı çərçivəsində "Musiqi qrupu"nun da çıxışları nəzərdə tutulub.
Tədbirin məqsədi gənclərin mədəniyyət sahəsində maarifləndirilməsi səviyyəsinin yüksəldilməsi, müvafiq sahədə ilkin qabiliyyəti olan istedadlı könüllülərin marağını dərinləşdirmək, təsviri incəsənətə hobbi kimi yanaşan könüllülərin qabiliyyətini daha da artırmaqdır.
Sərginin sonunda müəllimlər və ASAN könüllülər diplom və sertifikatlarla təltif olunacaq..