Nəcəf Qənbərov fəxri ada layiq görülüb - Xocalı parkının təşəbbüskarı
23 Oktyabr 2018 12:41 MədəniyyətDünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Xarici Əlaqələr Departamentinin rəhbəri, İctimai-siyasi xadim Nəcəf Qənbərov Türkiyənin Ərciyəz Universitetinin "Fəxri tələbə" adına layiq görülüb. Olaylar.az bildirir ki, Nəcəf Qənbərov bildirib ki, Türkiyə universitetləri tarixində ilk dəfə bu ada layiq görüldüyü üçün çox sevinclidir.
Məlumat üçün bildirək ki, Ərciyəz Universiteti dünyanın 500 ən yaxşı universitetləri siyahısında yer alıb. Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyip Ərdoğana da bu ilin 13 oktyabr tarixində Ərciyəz Universitetinin "Fəxri Doktor" adı təqdim olunub. Əvvəllər də universitetinin fəxri adına Türkiyə Cümhuriyyətinin eks prezidentləri Süleyman Dəmirəl, Abdullah Gül, KKTC-nin prezidenti Rauf Denktaş və bir sıra dövlət rəhbərləri də layiq görülüblər.
Qeyd edək ki, Nəcəf Qənbərovun Heydər Əliyev Fonduna təqdim etdiyi təşəbbüsləri sayəsində oktyabrın 20-də Türkiyənin Kayseri şəhərində Xocalı soyqırımı abidəsinin açılış mərasimi olub.
Bu tarixi tədbirdə Azərbaycan Prezidentinin köməkçisi, professor Əli Həsənov, millət vəkilləri Şəmsəddin Hacıyev, Elman Məmmədov, həmçinin Türkiyənin AK Partiyasından millət vəkili Şamil Ayrım, Ərciyəz Universitetinin rektoru, professor Mustafa Çalış, Rusiya Dövlət Dumasının təmsilçisi Ramin Qasımov, bu ölkədən olan deputatlar - Oksana Puşkina, İrina Rodnina, Dmitriy Savelyev, İrek Zinnurov, Sergey Marinin, Tatyana Tibizova, Elena Strokova, DAMM-nin 1-ci vitse Prezidenti Rasim Məmmədov, DAMM-nin vitse prezidenti Hacı Quliyev və eləcə də DAMM-nin xarici əlaqələr şöbəsinin rəhbəri Nəcəf Qənbərovun, İNK-nin sədr müavini, sahibkar Nazim Tahirovun və digər tanınmış şəxslər iştirak ediblər.
