Tanınmış pianoçu Daniil Sayamovun konserti - Muğam Mərkəzində

Beynəlxalq Muğam Mərkəzində, Bakı Media Mərkəzinin təşkilatçılığı və Muğam Mərkəzinin dəstəyi ilə keçirilən "Simurq" uşaq musiqi festivalı çərçivəsində, beynəlxalq müsabiqələr laureatı, tanınmış pianoçu Daniil Sayamovun solo konserti keçirilib.

Olaylar.az bildirir ki, "Simurq" uşaq musiqi festivalı layihəsinin müəllifi və rəhbəri tanınmış pianoçu, nüfuzlu beynəlxalq müsabiqələrin laureatı Səidə Tağızadədir.

Daniil Sayamov 1983-cü ildə pianoçu ailəsində anadan olmuş, P.İ.Çaykovskiy adına Moskva Dövlət Konservatoriyasını bitirmişdir. Pianoçunun geniş repertuarına rus və xarici klassiklərin, həmçinin müasir bəstəkarların əsərləri daxildir. Musiqiçi Rusiya, ABŞ, Böyük Britaniya, Kanada, İsrail, Almaniya, Hollandiya, İsveçrə, İspaniya, İtaliya, Estoniya, Latviya, Ukrayna və digər ölkələrdə solo proqramlarla   çıxış edib,  E. Klas, V. Polyanskiy, V. Verbitskiy, J. Alperten kimi məşhur dirijorların müşayiəti ilə bir çox konsertlərdə  iştirak  etmişdir.

Gecədə ifaçı  İ.S.Baxın, S.Raxmaninovun əsərlərini ifa etmişdir.

Konsert musiqisevərlər tərəfindən aqlışlarla qarşılanmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31