Tarix Muzeyində rusiyalı fotoqrafın yaradıcılığı müzakirə olundu

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) "Rusiya imperiyasında rəngli fotoşəkillərin pioneri S.Prokudin-Qorskinin yaradıcılıq irsinin əhəmiyyəti" mövzusunda (rus dilində) mühazirə təşkil olunub.

Olaylar.az bildirir ki, tədbir MATM, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi tərəfindən müvafiq layihə çərçivəsində keçirilib.

Yazıçı və fotoqraf Rüstəm Hüseynov mühazirəsində rəngli foto çəkilişlərinin tarixi, fotoqraf S.Prokudin-Qorskinin (1863-1944) həyatı və onun Azərbaycanda - Bakıda, Muğanda çəkdiyi rəngli fotoşəkillərdə əks olunan bölgələrimiz haqqında ətraflı məlumat verib. Eyni zamanda, mövzu ilə bağlı slaydlar nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycan tarixi, o cümlədən Bakı və Muğanın tarixi ilə maraqlananlar üçün S.Prokudin-Qorskinin mədəni irsi və çəkdiyi nadir fotoşəkillər çox əhəmiyyətlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31